REGİONLAR


Xocavəndli məcburi köçkünlər baharın gəlişini sevinclə qarşılayıblar

Beyləqan, 20 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramını xocavəndli məcburi köçkünlər yüksək əhval-ruhiyyə ilə qeyd ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xocavəndli məcburi köçkünlər 26 ildir baharın gəlişini doğma yurdlarından kənarda - müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki qəsəbələrdə qarşılayırlar. Xocavəndlilər köçkünlük həyatına, çətinliklərə baxmayaraq, xalqımızın Novruz bayramı ilə bağlı qədim ənənələrini yaşadır, yeni nəslə ötürürlər.

Xocavənd qəsəbəsində bayramsayağı bəzədilmiş Bayraq Meydanında çoxəsrlik maddi-mədəni irsimizi, qədim adət-ənənələrimizi özündə əks etdirən eksponatlar, Novruz atributları, xalçalar, əl işləri nümayiş etdirilib. Əllərində baharın simvolu olan yaşıl səmənilər, xonçalar tutmuş milli geyimli oğlan və qızların rəqsi, rəngarəng musiqi nömrələri bayram ab-havasına xüsusi rəng qatıb. Novruzun əsas personajları olan Kosa və Keçəlin şən zarafatları xoş ovqat yaradıb.

Mədəniyyət və incəsənət ustalarının təqdim etdiyi konsert proqramı və rəqslər məcburi köçkünlərə əsl bayram əhval-ruhiyyəsi yaşadıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.