REGİONLAR


İmtiyazlı əhali qrupları icbari tibbi sığorta haqqından azaddırlar

Beyləqan, 22 yanvar, AZƏRTAC

Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində “Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi” mövzusunda görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva və Xocavənd Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Nurəngiz Bəşirova tədbirdə çıxış edərək, əhalinin sağlamlığının qorunması və göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə cari ildən ölkə üzrə nəzərdə tutulan icbari tibbi sığortanın əhəmiyyətindən danışıblar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Elvin Abbasov icbari tibbi sığorta sisteminin mahiyyəti, xidmətlər zərfi, sığorta haqları və sair barədə ətraflı bəhs edib. Bildirilib ki, baza hissəyə aid olan ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidmətindən istifadə bütün vətəndaşlar üçün ödənişsizdir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə sığortahaqqı ödənilməlidir. İmtiyazlı əhali qrupları sığorta haqqından azaddırlar.

Sonda vətəndaşları maraqlandıran suallar Agentliyin əməkdaşı tərəfindən cavablandırılıb.

Qeyd edək ki, 2017-ci ildən etibarən ölkəmizdə icbari tibbi sığortanın pilot layihə şəklində tətbiqinə başlanılıb. Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilən icbari tibbi sığorta çərçivəsində 370 min nəfərə yaxın sığortaolunan baza zərfi əsasında ödənişsiz tibbi xidmətlərlə təmin edilib.

2020-ci il yanvarın 1-dən isə Azərbaycanda mərhələli şəkildə icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılıb. Əhalinin sığortalanmasına dövlət tərəfindən adambaşına 90 manat olmaqla 900 milyon manat vəsait ayrılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.