REGİONLAR


Xocavəndli və laçınlı məcburi köçkünlər 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad ediblər

Beyləqan, 20 yanvar, AZƏRTAC 

İyirmi Yanvar faciəsi qurbanlarının xatirəsi respublikamızın hər bir vətəndaşı kimi xocavəndli və laçınlı məcburi köçkünlər tərəfindən də ehtiramla yad edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xocavəndli məcburi köçkünlər 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş ümumrayon tədbirini Beyləqan rayonu ərazisindəki Yeni Xocavənd qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış “Xatirə Abidə Kompleksi” önündə keçiriblər. Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri, məktəblilər, N saylı hərbi hissənin əsgərləri həzin musiqi sədaları altında abidə kompleksini ziyarət edib, önünə əklil və al qərənfillər qoyublar. Şəhidlərin ruhuna dualar oxunub.

X X X

Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi daxil olmuş 20 Yanvar faciəsinin 30-cu ildönümü Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlər tərəfindən silsilə tədbirlərlə qeyd edilib. Rayonun idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil müəssisələrində konfrans və yığıncaqlar keçirilib. Taxtakörpü qəsəbəsində “Şəhidlərin xatirə kompleksi” ətrafında təmizlik və abadlıq işləri aparılıb.

Yanvarın 20-də Laçın rayon ictimaiyyəti, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri Taxtakörpü qəsəbəsində şəhidlərinin xatirəsinə ucaldılmış abidənin qarşısında şəhidlərin ölməz xatirəsinə ehtiramlarını bildirib, önünə güllər düzüblər. 20 Yanvar faciəsinin ildönümü münasibətilə qəsəbədə dövlət bayraqları endirilib, gün ərzində matəm musiqisi səsləndirilib, saat 12:00-da rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları ərazilərdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və avtomobillərdən səs siqnalları verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.