CƏMİYYƏT


Xocəsən qəsəbəsində poçt şöbəsində quldurluq hadisəsi törətmiş şəxslər saxlanılıblar

Bakı, 17 avqust, AZƏRTAC 

Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yerləşən poçt şöbəsinə girmiş şəxsiyyəti məlum olmayan iki nəfər orada işləyən E.İsgəndərovu bıçaqla hədələyib pul verməsini tələb ediblər. Həmin şəxslər müqavimətlə rastlaşdıqlarından E.İsgəndərova bıçaqla xəsarət yetirib hadisə yerindən uzaqlaşıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Babayev, Abşeron rayon sakinləri R.Layıçov və T.Əfəndizadə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. H.Babayevdən 5,229 qram marixuana götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.