MƏDƏNİYYƏT


Xoreoqrafiya Akademiyası konsert proqramı ilə çıxış edib

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bakı Xoreoqrafiya Akademiyasının (BXA) 90 illik yubileyi çərçivəsində BXA-nın tam orta məktəb şagirdlərinin hesabat konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertdə Əməkdar artist Emin Əliyev və məktəbin xüsusi fənlər üzrə direktor müavini Kamilə Əliyevanın quruluş verdiyi Niyazinin “Rast” simfonik muğamının musiqisi və “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında “Dəryadan damla”, Xalq artisti Yusif Qasımovun quruluş verdiyi “Yallı” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından rəqs, Əməkdar artist Səbinə Qasımovanın quruluş verdiyi “Süzülən qızlar”, “Mən baharın qızıyam”, “Odlar yurdu” rəqsləri, Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın quruluş verdiyi “Qu gölü”, “Jizel” baletlərindən variasiyalar, Əməkdar müəllim Pellumb Aqallıyayın quruluş verdiyi İ.Baxın “Kompozisiya” və digər rəqs parçaları ifa olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.