MƏDƏNİYYƏT


Xoreoqrafiya Akademiyasında ustad dərsləri

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) tələbələri üçün ustad dərsi keçib.

BXA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, maraqla izlənilən görüşdə Bakı Xoreoqrafiya Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova əvvəlcə Xalq artisti Bəxtiyar Xanızadənin yaradıcılığından və ümumilikdə Azərbaycan Dövlət Pantomima Teatrının inkişafındakı rolu barədə geniş məlumat verib.

Sonra B.Xanızadə çıxış edərək BXA-nın professor-müəllim, tələbə heyətini salamlayıb, Bakı Xoreoqrafiya Akademiyasına ilk gəlişi olduğunu vurğulayaraq, akademiya haqqında təəssüratlarını bölüşüb.

Daha sonra B.Xanızadə pantomima və onun yaranma tarixindən söhbət açıb, aktyor və obraz, aktyor və rejissor münasibətləri barədə danışıb.

Sonda isə praktik məşğələdə Pantomima Teatrının aktyor heyəti və B.Xanızadə “Dejavü”, “Kişilər və qadınlar”, “Adagio”, “Underground” tamaşalarından maraqlı fraqmentlər nümayiş etdiriblər.

Akademiyanın müəllim və tələbələrinin böyük marağına səbəb olan ustad dərsləri iştirakçılar tərəfindən də yüksək qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.