İDMAN


Xorvatiya Futbol İttifaqı Zlatko Daliç ilə müqaviləni yeniləyib

Bakı, 8 dekabr, AZƏRTAC

Futbol üzrə Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç ilə müqavilə yenilənib.

AZƏRTAC xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqı məlumat yayıb. Əlli beş yaşlı mütəxəssislə müqavilə uzadılıb. Onun yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Z.Daliç 2017-ci ildən yığmanın sükanı arxasındadır. Komanda onun rəhbərliyi altında 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında finala yüksəlib. Xorvatiya həlledici görüşdə Fransaya 2:4 hesabı ilə uduzub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.