DÜNYA


Xorvatiya hava yolları özəlləşdirilməyə hazırdır

Zaqreb, 5 fevral, AZƏRTAC

Xorvatiya dəniz, nəqliyyat və infrastruktur naziri Oleq Butkoviç ölkənin hava yollarının gələcək taleyi barədə jurnalistlərə müsahibə verib.

AZƏRTAC xəbər verir ki, nazir hava yollarının özəlləşməyə hazır olduğunu bildirib.

Özəlləşmənin bütün detallarının araşdırılması barədə məlumat verən nazir tezliklə hökumətin bu istiqamətdə strateji tərəfdaşın müəyyənləşməsinin baş verəcəyini bildirib. O.Butkoviç Xorvatiya hava yollarını almağa maraqlı olan bir neçə şirkətin olduğunu qeyd etsə də, konkret heç bir şirkətin adını çəkməyib.

Qeyri-rəsmi məlumatlara görə, Almaniyanın “Lufthansa” şirkəti hava yollarını almaqda maraqlı olan əsas şirkətlərdən biridir. Xəbər hələ ki, rəsmi təsdiqini tapmayıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.