İDMAN


Xorvatiya klubu koronavirus səbəbindən Çempionlar Liqasında mübarizəni dayandırıb

Bakı, 23 sentyabr, AZƏRTAC

Voleybol üzrə Çempionlar Liqasında kişilərin yarışında çıxış etməli olan Xorvatiyanın “Mladost” komandası artıq mübarizəni dayandırıb.

AZƏRTAC xəbər verir ki, buna həmin klubun heyətində koronavirusa yoluxan oyunçunun aşkarlanması səbəb olub. Belə ki, “A” qrupunda I dövrənin oyunlarını qəbul etməli olan Zaqreb təmsilçisi yarışa qatılmayacaq. Xorvatiyalıların “Erzeni” (Albaniya) və “Kapoşvar”la (Macarıstan) hər iki dövrədəki görüşləri ləğv olunub. Nəticədə “A” qrupunda qalib elə bu iki komanda arasında görüşlərdə müəyyənləşəcək.

Qeyd edək ki, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizovanın çıxış etdiyi Belarusun “Minçanka” klubu da eyni səbəbdən Çempionlar Liqasında mübarizəni dayandırıb. “Mladost”dan fərqli olaraq, “Minçanka” mübarizəni CEV kuboku yarışlarında davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.