SİYASƏT


Xorvatiya mətbuatı Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizəsi barədə məqalə yayıb

Zaqreb, 26 aprel, AZƏRTAC

Xorvatiyanın nüfuzlu “Nacional” ictimai-siyasi jurnalında Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanovun “Ədalət və həmrəyliyin zamanı gəlmişdir” sərlövhəli yazısı dərc olunub.

AZƏRTAC xəbər verir ki, yazıda səfir bir ildən çox vaxt ərzində dünyada yayılan COVID-19 virusunun iqtisadi, sosial və siyasi təsirləri haqqında söz açaraq, inkişaf etmiş və etməkdə olan dövlətlərin pandemiyanın gətirdiyi çətinliklərlə mübarizədə fərqli mövqedə olduqlarını qeyd edib. Məqalədə COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən olan Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurası zirvəsinin, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə görüşünün və 2020-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin Dövlət və Hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirildiyi vurğulanıb. Həmçinin Azərbaycanın COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələr arasında olduğu bildirilib.

Ölkəmizin həyata keçirdiyi tədbirlər sadalanaraq, Dünya Səhiyyə Təşkilatına könüllü ianələr, həmçinin koronavirusla mübarizə üçün 30-dan çox ölkəyə birbaşa humanitar və maliyyə yardımı barədə söz açılıb.

Azərbaycan tərəfindən peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürülməsi də oxucuların diqqətinə çatdırılıb.

Yazıda, həmçinin Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesusun Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyi liderliyi alqışlayaraq, Prezidentin fikirləri ilə razılaşdığı vurğulanıb.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.