İDMAN


Xorvatiya millisi Braziliyaya, Niderland seçməsi isə Argentinaya qarşı

Xorvatiya millisi Braziliyaya, Niderland seçməsi isə Argentinaya qarşı

Bakı, 9 dekabr, AZƏRTAC

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün dörddəbir final mərhələsinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, günün ilk matçında Xorvatiya və Braziliya milli komandaları üz-üzə gələcəklər. “Education City” stadionunda oynanılacaq matçı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Günün sonuncu qarşılaşmasında isə Niderland seçməsi Argentina millisi ilə qarşılaşacaq. “Lusail” stadionunda keçiriləcək oyunun baş hakimi ispaniyalı Antonio Mateu olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, dörddəbir final mərhələsinin digər görüşlərində İngiltərə millisi Fransa, Mərakeş seçməsi isə Portuqaliya ilə qarşılaşacaq. Görüşlər dekabrın 10-da oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.