SİYASƏT


Xorvatiya parlamentinin sədr müavini Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

Zaqreb, 18 dekabr, AZƏRTAC

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov bu ölkənin parlamentinin sədr müavini, Konstitusiya, Reqlament və Siyasi Sistem məsələləri Komitəsinin sədri Jeliko Reiner ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Xorvatiya-Azərbaycan münasibətləri, bu il sentyabrın əvvəlində Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri, hökumətlər arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti, Azərbaycanın təşəbbüskar və iştirakçı olduğu beynəlxalq nəqliyyat dəhlizləri, enerji layihələri, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı görülən işlər haqqında məlumat verilib.

Parlamentin sədr müavini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumatlandırılıb, zəbt olunmuş ərazilərdə Ermənistanın insan alveri, silah və narkotik vasitələrin qaçaqmalçılığı, qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olunduğu bildirilib. Həmçinin qarşı tərəfə 2018-ci ilin 9 ayı ərzində atəşkəsin pozulmasını əks etdirən qrafik təqdim edilib.

Söhbət zamanı Xorvatiyanın Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığı bildirilib və münaqişənin tezliklə sülh yolu ilə həll olunacağına ümid ifadə edilib. Beynəlxalq nəqliyyat dəhlizləri və enerji layihələrində Xorvatiyanın maraqlı olduğu bildirilib və bu layihələr çərçivəsində iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanların yarandığı qeyd olunub.

Görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsi qeyd edilib, əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.