SİYASƏT


Xorvatiya saytı: Bütün dünya üçün Qarabağ Azərbaycandır

Zaqreb, 11 noyabr, AZƏRTAC

Xorvatiyanın “Vjeçerni list” onlayn xəbər portalında beynəlxalq məsələlər üzrə ekspert Branimir Vidmaroviçin “Bütün dünya üçün Qarabağ Azərbaycandır. Bəs niyə müharibə?” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə B.Vidmaroviç Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə bir neçə aspektdən yanaşıb. Müəllif qeyd edib ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdikləri təxribatlardan sonra Azərbaycan tərəfinin genişmiqyaslı əks-əməliyyat aparması bütün Dağlıq Qarabağ və zəbt olunmuş ətraf 7 rayonu azad etmək niyyətində olduğu göstərir. Son 1 ay ərzində tərəflər arasında 3 dəfə atəşkəs əldə edilməsinə baxmayaraq, Ermənistan tərəfinin onları pozub.

Müəllif BMT Təhlükəsizlik Şurasının, AŞPA-nın, BMT Baş Assambleyasının sənədlərini oxucuların nəzərinə çatdırır və beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu bildirir. B.Vidmaroviç erməni tərəfinin ölkədə monoetnik cəmiyyət yaradaraq müasir dövrdə tarixi təhriflərlə münaqişəni öz xeyrinə həll etməyə cəhdlər göstərdiyini vurğulayır.

Məqaləyə, eyni zamanda, Ermənistan baş naziri N.Paşinyanın hakimiyyətə gəlməsindən sonra əl atdığı təxribatlar sadalanıb. Bildirilib ki, öz hərəkətləri ilə danışıqlar prosesini mənasız edən Ermənistan hakimiyyəti Azərbaycana seçim yeri qoymayıb.

Müəllif Ermənistan tərəfinin döyüşdə uduzaraq müharibə cinayətləri törətməsinin, Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə ballistik raketlər və kassetli bombalar atmasının beynəlxalq təşkilatlar tərəfindən sübut olunduğunu oxucuların diqqətinə çatdırıb.

B.Vidmaroviç Türkiyənin Azərbaycana görünməmiş siyasi dəstək verdiyini vurğulayıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.