İQTİSADİYYAT


Xorvatiya şirkəti Azərbaycanda potensial tərəfdaşlarla əməkdaşlıqda maraqlıdır

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Xorvatiyanın “Slendor Tekstil d.o.o.” şirkəti Azərbaycanla əlaqələrin qurulması və potensial tərəfdaşın tapılmasında maraqlıdır. Şirkət yüksək keyfiyyətli əsasən hərbi, professional, işgüzar və xüsusi məqsədlər üçün geyimlərin istehsalçısıdır.

“Slendor Tekstil”, həmçinin müxtəlif növ “GORE-TEX” və “WINDSTOPPER” geyimlərini istehsal edə bilmək üçün “W.L.Gore & Associates GmbH”nin lisenziyalı partnyorudur.

Əməkdaşlıqda maraqlı olanlar AZPROMO-ya müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.