İDMAN


Xorvatiya turnirində koronavirus şoku

Bakı, 23 iyun, AZƏRTAC

Mövsümün bərpası ərəfəsində tennis ictimaiyyəti yenə də məyusluq doğuran bir vəziyyətlə üzləşib. Şou xarakterli Zadar turnirinin sonunda iki idmançı və məşqçilərin koronavirusa yoluxduğu məlum olub.

AZƏRTAC xəbər verir ki, iki tennisçi - bolqarıstanlı Qriqor Dimitrov və xorvatiyalı Borna Çiliç koronavirusa yoluxublar. Onların testi müsbət nəticələndikdən sonra serbiyalı Novak Cokoviç və rusiyalı Andrey Rublyov arasında “Adria Tour” yarışının final görüşü ləğv edilib. Ertəsi gün isə Cokoviçin fitnes məşqçisi Marko Panini ilə Dimitrovun məşqçisi Kristian Qroxun da infeksiyaya tutulduğu müəyyənləşib. Əslində, vəziyyətin bu həddə çatacağını gözləmək olardı. Çünki Xorvatiyadakı turnir boyunca tennisçilər gigiyenik qaydalara əməl etmirdi.

Hətta tribunalarda azarkeşləri də görmək mümkün idi. Təbii ki, belə vəziyyətdə N.Cokoviç də koronavirus testindən keçməli idi. ATP reytinqinin lideri əvvəlcə testdən imtina etsə də, sonradan qərarını dəyişib.

Onunla yanaşı ailəsi də yoxlanılıb. Ancaq Dimitrov və Çiliçlə birgə testdən keçən Andrey Rublyov və Aleksandr Zverevdə yoluxma aşkarlanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.