İDMAN


Xorvatiya yığması ilə oyundan əvvəl Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq

Bakı, 12 fevral, AZƏRTAC

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də Xorvatiya millisinə qarşı keçiriləcək oyundan əvvəl Bakıda təlim-məşq toplanışı təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Nikola Yurçeviç fevralın 12-də keçirdiyi mətbuat konfransında deyib.

“Hazırlığın vaxtı hələ müəyyənləşməyib. Bu, yaxın günlərdə məlum olacaq. Hücumameyilli futbolçunu çox bəyənirəm. Səfərdə Xorvatiya, doğma meydanda isə Macarıstan yığmalarına qarşı taktikamız fərqli olacaq”, - deyə Nikola Yurçeviç əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.