DÜNYA


Xorvatiyada 113 qeyri-qanuni miqrant saxlanılıb

Zaqreb, 29 oktyabr, AZƏRTAC

Xorvatiya polisi qeyri-qanuni yolla Sloveniyaya daxil olmaq istəyən 113 miqrantı saxlayıb.

AZƏRTAC xəbər verir ki, həmin miqrantlar Bosniya və Herseqovinadan Xorvatiyaya yük maşınında gizlənərək daxil olublar. Lakin onlar Xorvatiya-Sloveniya sərhədində yaxalanıblar. Yük maşınının 26 yaşlı moldovalı sürücüsü də polis tərəfindən həbs edilib.

Qeyd edək ki, bu, polis tərəfindən saxlanan birinci miqrantlar qrupu deyil. Avqust ayında polis 59 miqrantı da sərhəddə saxlamışdı.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.