DÜNYA


Xorvatiyada Avropa Parlamentinə keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb

Zaqreb, 27 may, AZƏRTAC

Xorvatiyada Avropa Parlamentinə keçirilən seçkilərin ilkin nəticələrə əsasən, Xorvatiya Demokratik Birliyi Partiyası 23,4 faiz səs qazanaraq birinci yerdədir. İkinci yeri 18,38 faiz səslə Sosial-Demokrat Partiyası tutur.

Eyni zamanda, Avropa Parlamentinə Xorvatiya Suvereniteti, Jivaya Stena, Nezavisimiye za Xorvatiyu (Xorvatiya üçün müstəqillər) partiyaları da mandat alacaq.

Xorvatiya Seçki Komissiyası son məlumatları mayın 28-də açıqlayacaq.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.