İDMAN
Xorvatiyada cüdo üzrə Qran-Pri turniri start götürüb
Bakı, 24 sentyabr, AZƏRTAC
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turniri start götürüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı nüfuzlu turnirdə 2 cüdoçu təmsil edir. Belə ki, Hidayət Heydərov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) medallar uğrunda mübarizə aparacaqlar. Cüdoçumuz Hidayət Heydərov yarışın ikinci günündə - sentyabrın 25-də tatamiyə çıxacaq. O, ilk qarşılaşmada Yehonatan Elbaz (İsrail) ilə gücünü sınayacaq. Digər cüdoçumuz Məmmədəli Mehdiyev isə turnirin üçüncü günündə yarışa qatılacaq. Onun ilk rəqibi isə Sebastyan Oldak (Polşa) - Vitali Şepel (Ukrayna) cütünün qalibi olacaq.
Üç gün davam edəcək turnirdə 35 ölkədən 240-dən çox idmançı qüvvəsini sınayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]