İDMAN


Xorvatiyada karate üzrə Avropa çempionatı keçiriləcək

Bakı, 17 may, AZƏRTAC

Mayın 19-da Xorvatiyanın Poreç şəhərində karate üzrə böyüklər arasında 56-cı Avropa çempionatı start götürəcək.

AZƏRTAC xəbər verir ki, turnirin fərdi kumite yarışlarında ölkəmizi Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Pənah Abdullayev (84 kq) və Asiman Qurbanlı (84 kq) təmsil edəcəklər. Qadınların yarışlarında isə Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq) tatami üzərinə çıxacaqlar.

Komanda yarışlarında Tural Ağalarzadə, Rafael Ağayev, Pənah Abdullayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Ayxan Mamayev və Turqut Həsənovdan ibarət heyət mübarizə aparacaq. Qadınların komanda turnirində isə Nuranə Əliyeva, İlahə Qasımova, İrina Zaretska və Fəridə Əliyevanın iştirakı nəzərdə tutulub.

Kata üzrə fərdi yarışlarda Roman Heydərov və Neda Rezai, komanda yarışlarında Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyev mübarizə aparacaqlar.

Avropa çempionatı mayın 23-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.