İDMAN


Xorvatiyada karate üzrə Qran-Pri yarışında yeniyetmə və gənclərdən ibarət komandamız da iştirak edəcək

Bakı, 5 yanvar, AZƏRTAC

Yanvarın 11-də Xorvatiyada karate üzrə 28-ci Qran-Pri yarışı start götürəcək.

AZƏRTAC xəbər verir ki, kumite və kata üzrə Qran-Pridə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət milli komandası da iştirak edəcək.

Fərdi xarakterli turnirə yanvarın 13-də yekun vurulacaq.

Ənənəvi Qran-Pri turniri Xorvatiyada hər il keçirilir. Ötən il yığma komandamız nüfuzlu turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc olmaqla 8 medal qazanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.