CƏMİYYƏT
Xorvatiyada keçirilən Adriatik dəniz müdafiəsi və aerokosmik sərgisində Azərbaycan da təmsil olunub
Zaqreb, 12 aprel, AZƏRTAC
Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov bu ölkənin Baş nazirinin müavini, müdafiə nazirinin dəvəti ilə Split şəhərində keçirilən 5-ci Adriatik dəniz müdafiəsi və aerokosmik sərgisində iştirak edib. Müdafiə sənayesi sahəsində son nailiyyətləri əks etdirən sərgiyə 34 ölkənin nümayəndə heyətləri qatılıb. Sərgidə 26 ölkədən 185 şirkət öz məhsul və xidmətlərini nümayiş etdirib.
Sərgidə təmsil olunan xarici ölkələrin nümayəndələri sırasında Bosniya və Herseqovina, Monteneqro, Filippin, Gürcüstan və Sloveniya müdafiə nazirləri, Albaniya müdafiə nazirinin müavini olub. Tədbir çərçivəsində F.Qurbanov Xorvatiya Baş nazirinin müavini, müdafiə naziri Damir Krstiçeviç və müdafiə nazirinin müavini Petar Mihatov ilə görüşüb. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:53]
Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək
- 28.03.2024 [18:35]
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradılıb
- 28.03.2024 [18:28]
Canını Vətənə fəda edənlər – Elçin Şükürov
- 28.03.2024 [18:25]
Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib
- 28.03.2024 [18:17]