DÜNYA


Xorvatiyada kəskin istilər səbəbindən ən yüksək təhlükə kodu elan edilib

Zaqreb, 11 iyul, AZƏRTAC

Xorvatiyada kəskin istilər səbəbindən ən yüksək təhlükə - qırmızı təhlükə kodu elan edilib.

AZƏRTAC xəbər verir ki, Zaqreb, Osijecko-Baranja və Karlovatska bölgələrində havanın temperaturu gün ərzində müsbət 40 dərəcəyə qədər yüksəlib. Zaqrebin bir sıra bölgələrində 39 dərəcə isti qeydə alınıb.

Meteoroloqların proqnozlarına görə, istilərin bir neçə gündən sonra geri çəkiləcəyi ehtimalı var. Bununla belə, vətəndaşlara xüsusilə yaşlılara ehtiyac olmadıqda evlərindən çıxmağı məsləhət görülmür.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.