DÜNYA


Xorvatiyada koronavirusa yoluxanların sayı artaraq davam edir

Zaqreb, 22 sentyabr, AZƏRTAC

Xorvatiyada koronavirusa yoluxanların sayı 15 min 136 nəfərə çatıb. AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, son 24 saat ərzində 144 nəfər koronavirusa yoluxub. Ölənlərin sayı 255 nəfər, sağalanların sayı isə 12 min 987 nəfərdir. Qeyd edək ki, Xorvatiyada virusla mübarizə öncədən müsbət nəticələr versə də, son ayda yoluxanların sayı artmağa başlayıb. Hökumət vətəndaşları məsuliyyətli olaraq sanitar normalara riayət etməyə çağırıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.