DÜNYA


Xorvatiyada koronavirusa yoluxanların sayı artaraq davam edir

Zaqreb, 13 oktyabr, AZƏRTAC

Xorvatiyada koronavirusa yoluxanların sayı 20 min 993 nəfərə çatıb. AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, son 24 saat ərzində 372 nəfər koronavirusa yoluxub. Ölənlərin sayı 330 nəfər, sağalanların sayı isə 17 min 889 nəfərdir. Qeyd edək ki, Xorvatiyada virusla mübarizə öncədən müsbət nəticələr göstərsə də, son ayda yüksək templə yoluxanların sayı artmağa başlayıb. Hökumət vətəndaşları məsuliyyətli olaraq sanitar normalara riayət etməyə çağırıb.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.