DÜNYA


Xorvatiyada seçki qanunvericiliyini dəyişmək istəyirlər

Zaqreb, 11 iyun, AZƏRTAC

Xorvatiyada siyasi fəallar “The People Decide” adlı kampaniya üçün 370 min imza toplayaraq parlamentdə milli azlıqlar tərəfindən seçilmiş deputatların səslərinə məhdudiyyət qoymaq, büdcə və müdafiə ilə bağlı müzakirələrdə onların iştirak etməsinə icazə verməmək, deputatların sayının 150-dən 120-dək azaldılmasını istəyirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Balkan İnsight” nəşri yazır. Xorvatiyanın prezidenti Kolinda Qrabar-Kitaroviç imzaların sayının ümumi seçicilərin sayının 10 faiz təşkil etdiyinə görə bununla bağlı referendumun keçirilməsini mümkün hesab edib. Eyni zamanda Xorvatiyanın Baş naziri Andrey Plenkoviç referendumu məsuliyyətsizlik adlandırıb.

Qeyd edək ki, referenduma qarşı çıxanlar əsas məqsəd kimi ölkənin 5 faiz əhalisini təşkil edən serb azlığının səslərini məhdudlaşdırmaq olduğunu göstərirlər. Bununla bağlı Xorvatiya Konstitusiya Məhkəməsi 30 gün ərzində qərar çıxarmalıdır.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.