DÜNYA


Xorvatiyalı deputatlar şəxsi avtomobildən istifadə hüququnu itirə bilər

Zaqreb, 7 fevral, AZƏRTAC

Xorvatiya parlamenti “Dövlət xidməti” haqqında qanuna əlavələri təsdiq edib.

AZƏRTAC xəbər verir ki, əlavələr qüvvəyə mindikdən sonra deputatlar şəxsi avtomobildən istifadə hüququndan məhrum olacaq. Bunun əvəzində deputatlara avtobus, tramvay və metrolardan pulsuz istifadə hüququ veriləcək.

Qanun layihəsinin müəllifi, “Demokratik mərkəz” partiyasının deputatı Oqnejki Slovanoviçin sözlərinə görə, yeni qanun xorvat xalqı ilə onun təmsilçiləri arasında boşluğu aradan qaldırmaq üçün nəzərdə tutulub.

O.Slovanoviç şəxsi avtomobilindən hələ 2014-cü ildən imtina edərək Ukraynaya humanitar yardım şəklində göndərib. Zaqrebin sakinləri yeni qanun əlavəsini müsbət qəbul edib, parlamentin önündə “Əziz deputatlar, sağ olun” şüarı altında mitinq keçiriblər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.