İDMAN
Xorvatiyalı futbolçu A Seriyasına qayıtmağa hazırlaşır
Bakı, 11 iyul, AZƏRTAC
İtaliyanın “İnter” futbol klubu növbəti transferini reallaşdırmağa yaxındır.
AZƏRTAC xəbər verir ki, “Atletiko”nun müdafiəçisi Şime Vrsalko İtaliya A Seriyasına gəlməyə hazırlaşır. Klublar arasında danışıqlar artıq yekunlaşmaq üzrədir.
“İnter” Xorvatiya millisinin üzvünü transfer etmək şərti ilə birillik icarəyə götürmək niyyətindərir. Qarşı tərəf bu keçidə ilkin razılıq verib.
İyirmi altı yaşlı sağ cinah oyunçusunun “Napoli” və “Roma”nın da maraq dairəsində olmasına baxmayaraq, “İnter”ə keçidi daha real görünür. Vrsalko “Atletiko”ya 2016-cı ildə “Sassuolo”dan keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]