İDMAN


Xorvatiyanın "Sibona" basketbol klubu koronavirusun yaratdığı maliyyə problemlərinə görə fəaliyyətini dayandırıb

Bakı, 3 aprel, AZƏRTAC

Xorvatiyanın “Sibona” basketbol klubu koronavirus pandemiyasının yaratdığı maliyyə problemlərinə görə fəaliyyətini dayandırıb.

AZƏRTAC xəbər verir ki, Xorvatiyanın ən nüfuzlu komandasının rəhbərliyi oyunçular, məşqçilər və bütün ofis işçiləri ilə əməkdaşlığı dayandırıb. Zaqreb klubunu belə bir addım atmağa Xorvatiya Basketbol Federasiyası məcbur edib. Belə ki, qurum çempionatın nəticələrini ləğv etməklə liqada çıxış edən komandaların bütün ümidlərinin üstündən xətt çəkib. Nəticədə fəaliyyət göstərməyin mənasız olduğunu anlayan “Sibona” klubu öz işçilərinə məvacib verməmək üçün onlarla müqaviləni pozub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.