SİYASƏT
Xorvatiyanın sabiq prezidenti: BMT-də islahatların aparılmasına ehtiyac var VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
Digər forumlar kimi, bu forum da ilin nəticələrinə əsaslanır və baş verən hadisələrə dünya ictimaiyyətinin münasibətini formalaşdırmağa xidmət edir. Forumun ildən-ilə inkişafı onun nə dərəcədə əhəmiyyətli olmasını göstərir.
Bu sözləri IX Qlobal Bakı Forumunda Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç AZƏRTAC-a verdiyi açıqlamasında deyib.
“BMT yerli institutlara təsir edərək bölgədə sülhün yaradılmasına təkan verir. İkinci Dünya müharibəsindən sonra yaradılan bu təşkilatın məqsədi də dünyada sülhün qorunmasına yönəlib. Ancaq indi BMT-də islahatların aparılmasına ehtiyac var. Təşkilat dövlətlər arasında yaranan münaqişələri elə həll etməlidir ki, müharibəyə vəsilə olmasın”, - deyə Stepan Mesiç bildirib.