İDMAN
Xorvatiyanın sabiq prezidenti: İdman gimnastikası üzrə dünya kuboku yarışları Bakıda yüksək səviyyədə təşkil olunub
Bakı, 18 mart, AZƏRTAC
İdman gimnastikası üzrə dünya kuboku yarışları Bakıda yüksək səviyyədə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç deyib.
S.Mesiç ilk dəfə belə bir turniri arenadan izlədiyini bildirib. “Təşkilatçılıq səviyyəsi çox yüksək idi. Həmçinin ilk dəfə bir idman növü üçün inşa olunmuş arenada oldum. İrimiqyaslı yarışları mükəmməl təşkil etdiyi üçün Azərbaycanı dünya çempionu hesab etmək olar”.
Təhsil aldığı illərdə gimnastika ilə məşğul olduğunu bildirən S.Mesiç xorvatiyalı gimnast Tin Srbiçin Bakıda dünya kuboku yarışlarında gümüş medal qazandığı üçün sevindiyini qeyd edib.
Qeyd edək ki, martın 14-17-də Bakıda təşkil olunan idman gimnastikası üzrə dünya kuboku yarışlarında 41 ölkədən 170 atlet birincilik uğrunda mübarizə aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:11]
Premyer Liqada XXVIII turun hakimləri açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]