MƏDƏNİYYƏT


Xorvatiyanın sabiq prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub

Bakı, 15 iyul, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Xorvatiyanın sabiq prezidenti Stjepan Mesiç Azərbaycana səfəri çərçivəsində mərkəzdə olub.

AZƏRTAC xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibinin birinci müavini İlahə İbrahimli qonağa mərkəzin son fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədilə yaradılıb. Mərkəzin əsas məramı müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq, anlaşma və müştərək cəmiyyətlətlərin təbliğ edilməsi, Nizami Gəncəvinin əsərlərindəki ümumbəşəri dəyərlərim daha geniş miqyasda yayılmasıdır. Mərkəzin həmsədrləri Latviyanın sabiq prezidenti xanım Vaira Vike-Freiberga və Dünya Bankının sabiq birinci vitse-prezidenti İsmail Serageldindir.

Stjepan Mesiçi Xorvatiyanın Azərbaycandakı səfiri müşayiət edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.