İDMAN


Xorvatiyaya uduzan Argentina antirekord müəyyən edib

Bakı, 22 iyun, AZƏRTAC

2018-ci ilin futbol üzrə dünya çempionatının qrup mərhələsinin matçında Xorvatiya yığmasına uduzan Argentina yığması dünya çempionatlarında qələbəsiz matçların sayına görə özünəməxsus antirekord müəyyən edib.

AZƏRTAC xəbər verir ki, argentinalılar dünya çempionatlarında dörd matç ərzində oyun zamanı qalib gəlmirlər.

Komanda 2014-cü ilin dünya çempionatının yarımfinalında Hollandiya yığması ilə heç-heçə (0:0) oynayıb, yalnız penaltilər seriyasında uğur qazanıb, finalda isə 0:1 hesabı ilə Almaniya yığmasına uduzub.

Rusiyada argentinalılar İslandiya yığması ilə heç-heçə (1:1) oynayaraq start götürüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.