İDMAN


Xorxe Sampaoli yenidən “Sevilya” klubuna qayıdır

Bakı, 6 oktyabr, AZƏRTAC

Xorxe Sampaoli “Sevilya” klubuna baş məşqçisi təyin olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə italiyalı insayder Fabrizio Romano özünün tviter hesabında yazıb.

Argentinalı mütəxəssislə ikiillik müqavilə imzalanacaq. O, bu gün istefaya göndərilən Xulen Lopeteqini əvəzləyib.

Qeyd edək ki, Sampaoli 2016/2017-ci il mövsümündə də “Sevilya”nı çalışdırıb. İspaniya təmsilçisi həmin mövsümdə onun rəhbərliyi ilə La Liqada 4-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb. Sampaolinin son klubu bu yay tərk etdiyi “Marsel” olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.