İQTİSADİYYAT
Xoşbəxt Yusifzadə: Azərbaycanda neftin 2 milyardıncı tonu noyabrın ilk həftəsində hasil olunacaq
Bakı, 12 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Azərbaycanda neftin 2 milyardıncı tonu noyabrın ilk həftəsində hasil ediləcək.
Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib. O qeyd edib ki, noyabrın 5-də bu münasibətlə xüsusi mərasim keçiriləcək.
Xatırladaq ki, Azərbaycan neftinin milyardıncı tonu 1971-ci il martın 28-də çıxarılıb. Neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri 1 əsrlik yol keçiblər. Lakin neftin ikinci milyard tonunu çıxarmaq üçün isə qəhrəman neftçilərimizə yarım əsrdən də az bir vaxt – 46 il bəs edib.