MƏDƏNİYYƏT


“Xosrov və Şirin” yeni tərcümədə nəşr olunub

Bakı, 31 dekabr, AZƏRTAC

Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – ölkədə elan olunmuş “Nizami Gəncəvi İli” münasibətilə dahi şairin ən irihəcmli əsəri – yeni filoloji tərcüməsi ərsəyə gətirilmiş “Xosrov və Şirin” poeması işıq üzü görüb.

Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sovetlər dönəmində əsasən poetikliyə üstünlüyün verildiyi sərbəst yanaşmalarla tərcümə edilmiş və bu səbəbdən bir çox hallarda fikir və məna adekvatlığı itirilərək təhriflərə uğramış misilsiz Nizami yaradıcılığını, sətir və misralarının alt qatında yatan məna və hikmətlərini dəqiqliyi ilə əks etdirən kitab bu ölməz söz xəzinəsinin düzgün anlanması, daha dərindən tədqiq və təhlil edilməsinə kömək məqsədilə hazırlanıb.

Əsərin fars dilindən sətri tərcüməsinin müəllifi mərkəzin fars dili üzrə mütəxəssisi Əli Şükrü, filoloji tərcüməsinin müəllifi tanınmış yazıçı, tərcüməçi Etimad Başkeçiddir.

Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.