MƏDƏNİYYƏT


“Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində növbəti material “Aleksandr Nevski” pravoslav kilsəsinə həsr edilib VİDEO

Bakı, 16 fevral, AZƏRTAC

Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” adlı layihəsi davam edir. Layihə çərçivəsində Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahlara dair qısa videoçarxlar təqdim olunur.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin budəfəki materialı "Aleksandr Nevski" pravoslav kilsəsinə həsr edilib.

Məbəd 1887-ci ildə Gəncə şəhərində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılıb. Kilsənin binası kərpicdən Bizans memarlıq üslubunda tikilib. Kilsə 1931-ci ildə Sovet hökuməti tərəfindən bağlanıb.

1935-1938-ci illərdə bina muzey binası kimi istifadə edilib. Daha sonra muzey başqa bir binaya (məscidə) köçürüldü və kafedral anbar kimi istifadə edildi.

1946-cı ildə məbəd Rus Pravoslav kilsəsinə qaytarılıb. Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən biri hesab edilən bu kilsənin əski interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxmışdır. Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonları xüsusilə qeyd etmək lazımdır.

2017-ci ildə kilsə tikilməsinin 130 illiyi münasibətilə təmir olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.