REGİONLAR
Xudat sakini becərdiyi çətənə kollarını könüllü şəkildə polisə təhvil verib
Quba, 3 avqust, Elxan Yusifli, AZƏRTAC
Xudat şəhər sakini kultivasiya yolu ilə yetişdirdiyi 13 ədəd çətənə kolunu könüllü şəkildə Quba Rayon Polis Şöbəsinə (RPŞ) təhvil verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, avqustun 2-də Xudat şəhər sakini Namik Nəsrullayev Quba RPŞ-nə müraciət edərək, bir ay əvvəl meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edərək becərdiyi narkotik xassəli çətənə - Kannabis bitkilərini könüllü olaraq polisə təqdim edib.
Dindirilmə zamanı N.Nəsrullayev çətənə bitkilərini şəxsi istifadəsi üçün meşəlik ərazidə dibçəklərdə əkdiyini, lakin sonradan fikrindən daşınaraq həmin bitkiləri hüquq-mühafizə orqanlarına təhvil vermək qərarına gəldiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]