REGİONLAR


Xudat şəhərində 40 yerlik yeni uşaq bağçası tikilir VİDEO

Xaçmaz, 1 fevral, Elxan Yusifli, AZƏRTAC 

Xaçmaz rayonunun Xudat şəhərində 40 yerlik yeni uşaq bağçası tikilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu ilin dekabr ayından tikintisinə başlanılan birmərtəbəli bağçanın ümumi sahəsi 1600 kvadratmetrdir.

Xudat bələdiyyəsinin sədri Elman Allahyarov bildirib ki, uşaq bağçası balacaların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün lazımi inventarla təchiz olunacaq. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, həyətdə isə istirahət guşələri yaradılacaq.

Hazırda binanın dam örtüyü tikilir. Bağçanın bu ilin may ayında istifadəyə verilməsi nəzərdə tutulub.

Xudat şəhərində 9 uşaq bağçası fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.