REGİONLAR


Xudat şəhərində 432 şagird yerlik məktəb binası tikilir VİDEO

Xaçmaz, 19 iyun, Elxan Yusifli, AZƏRTAC 

Xaçmaz rayonunun Xudat şəhərində tikilən 432 şagird yerlik ikimərtəbəli məktəb binası yeni tədris ilinə kimi istifadəyə veriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Telman Fərzəliyev adına Xudat şəhər 1 nömrəli tam orta məktəbi üçün yeni binanın tikintisinə ötən ilin dekabr ayından başlanılıb. Artıq binanın ikinci mərtəbəsinin inşası yekunlaşdırılaraq dam örtüyünün vurulmasına başlanılıb.

Məktəbin direktoru Ayaz Mirzəyev bildirib ki, binada sinif otaqları, laboratoriyalar, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, 260 yerlik akt zalı, kitabxana və 144 yerlik yeməkxana olacaq.

Əvvəlki bina 93 il öncə istifadəyə verildiyindən müasir tələblərə cavab vermirdi. Yeni təhsil müəssisəsinin inşası təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.

Üç korpusdan ibarət təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz olunacaq. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.

Cari ildə şimal rayonlarında 28 modul tipli məktəb binasının tikintisi nəzərdə tutulub ki, bunun 8-i Xaçmaz rayonunun payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.