REGİONLAR


Xudat şəhərində evdə baş verən partlayışda yaralanlardan biri Bakıya göndərilib VİDEO

Xaçmaz, 7 dekabr, Elxan Yusifli, AZƏRTAC 

Dekabrın 6-sı axşam saatlarında Xudat şəhərinin Əliağa Vahid küçəsində ikimərtəbəli yaşayış evində partlayış baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qaz sızması səbəbindən baş verən partlayış nəticəsində evdə olan iki nəfər ağır xəsarətlər alıb.

Yaralılar 43 yaşlı Xudat şəhər sakini David Əlimuradov və onun bibisi Sumqayıt şəhər sakini 56 yaşlı Qətibə Teymurova təcili-tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılblar.

İlkin tibbi yardımdan sonra vəziyyəti ağır olan D.Əlimuradov Bakı şəhərində yerləşən tibb müəssisəsinə göndərilib. Yaralı partlayış zamanı bədəninin bütün hissələrindən yanıq xəsarətləri alıb. Q.Teymurova isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Hadisə baş verən zaman Davidin anası Dəstəgül Əlimuradova da evdə olub. Onun sözlərinə görə, yataq otağında olan oğlu alışqanı yandıran zaman anidən partlayış baş verib. Partlayşın gücündən divarlara, pəncərələrə və evdəki bütün məişət avadanlıqlarına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.