REGİONLAR


Xudat şəhərində evdə partlayış baş verib, iki nəfər yaralanıb

Xaçmaz, 6 dekabr, AZƏRTAC

Bu gün axşam saatlarında Xudat şəhərinin Əliağa Vahid küçəsində yaşayış evlərindən birində partlayış baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, partlayış nəticəsində evdə olan iki nəfər ağır xəsarətlər alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə, partlayışa səbəb qaz balonunun partlaması olub.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.