CƏMİYYƏT


Xudatda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir

Bakı, 10 iyul, AZƏRTAC 

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində maarifləndirici tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, bölmə əməkdaşları mütəmadi olaraq rayon sakinləri ilə izahedici söhbətlər aparır, onlara həyata keçirilən tədbirlər haqqında məlumat verir, tibbi maskadan istifadənin zəruriliyini bildirirlər. Polis əməkdaşları şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə də maarifləndirici söhbətlər apararaq, onlara özlərinin və sərnişinlərinin tibbi maskalardan istifadə etmələrinin zəruriliyini bildiriblər, sərnişin daşıma zamanı isə müştərilərin arxa oturacaqlarda əyləşmələrinin və sosial məsafənin qorunması üçün nəqliyyat vasitələrində şəffaf arakəsmələrin quraşdırılmasının vacibliyindən danışıblar.

Reyd zamanı qaydaları pozaraq tibbi maskadan istifadə etməyən şəxslər də aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.