Xurma istehsalı və ixracatındakı problemlər müzakirə olunub
AzerTAg.az
Bakı, 12 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Qadir Yusifov arasında onlayn görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə xurma istehsalında və ixracında sahibkarlıq subyektlərinin qarşılaşdıqları problemlər, Qida Təhlükəsizliyi İnstitutu tərəfindən göstərilən laborator xidmətlərin daha da optimallaşdırılması və mütəxəssislər tərəfindən sahibkarlara zəruri metodiki köməkliyin göstərilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb, təkliflər verilib.

Xəbərin mətnində orfoqrafik səhv var