MƏDƏNİYYƏT


Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə tədbir keçirilib

Bakı, 4 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı oxucularla birlikdə “Xurşidbanu Natəvan-190” adlı tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, kitabxana filialının müdiri Arzu Xudayarova tədbirdə çıxış edərək, Xurşidbanu Natəvanın Azərbaycan ədəbiyyatında xüsusi yeri olan söz ustalarından biri kimi tanındığını söyləyib. O bildirib ki, Qarabağ Xanlığının sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın yaradıcılığında xalqa məhəbbət xarakterizə olunur: “Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində olub. 1960-cı ildə Bakıda şairənin heykəli və 1982-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılıb. 44 günlük Vətən müharibəsindən sonra Xurşidbanu Natəvanın büstü yenidən Şuşamıza qaytarılıb”, - deyə filialın müdiri bildirib.

Qeyd edə ki, Tədbirdə İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” tamaşasından səhnəcik nümayiş olunub. Şagirdlər, həmçinin Xurşidbanu Natəvanın şeirlərini söyləyiblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.