İDMAN


Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə futbol turniri keçiriləcək

Bakı, 16 sentyabr, AZƏRTAC 

Sentyabrın 17-18-də Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə 24 Sentyabr - Yunis Kennedi Şrayver Gününə həsr olunmuş qızlar arasında futbol turniri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksinin ərazisində açıq havada keçiriləcək yarışda xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından təşkil olunan komandalar iştirak edəcəklər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçiriləcək turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

Xatırladırıq ki, xüsusi Olimpiya hərəkatının əsası 1963-cü ildə ABŞ Prezidenti Con Kennedinin bacısı Yunis Kennedi Şrayver tərəfindən qoyulub. İlk Xüsusi Olimpiya Oyunları 1968-ci ildə Çikaqo şəhərində keçirilib. 1988-ci ildə Beynəlxalq Olimpiya Komitəsi Xüsusi Olimpiya Komitəsini tanıyıb və birgə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Beynəlxalq komitənin qərargahı ABŞ-ın paytaxtı Vaşinqton şəhərindədir. Azərbaycan Xüsusi Olimpiya Komitəsi isə 1991-ci il noyabrın 30-da yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.