Xüsusi Olimpiya: Voleybol üzrə oğlanlar arasında seçmə yarışları keçirilib
AzerTAg.az
Bakı, 28 iyun, AZƏRTAC
Şağan Olimpiya İdman Kompleksində voleybol üzrə oğlanlar arasında seçmə yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışlar xüsusi Olimpiya proqramına uyğun olaraq 2 divizionda təşkil edilib. Yekun nəticələrə görə, ən güclü divizionda Xəzər rayonu sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli xüsusi internat tipli məktəbinin komandası birinci yeri tutub. İkinci yerdə sərbəst məşqçi-müəllim Lyudmila Qasıyevanın komandası, üçüncü pillədə isə Sabunçu rayonu 309 nömrəli inklüziv sinifli tam orta məktəbin voleybolçuları qərarlaşıblar.
Yığma komanda ən güclü divizionda qalib gələn komandanın bazasında komplektləşdiriləcək və 2023-cü ilin iyun ayında Almaniyanın Berlin şəhərində baş tutacaq Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edəcək.
Xəbərin mətnində orfoqrafik səhv var