SİYASƏT


Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinin açılışı olub

Bakı, 20 iyun, AZƏRTAC 

Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinin açılışı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Hikmət Mirzəyev ərazidəki qərargah, tədris binası və tibb məntəqəsi ilə tanış olub.

Məlumat verilib ki, bütün binalar müasir mebel və avadanlıqla tam təmin olunub. Hərbi hissədə xüsusi təyinatlıların peşəkar hazırlığı və döyüş vərdişlərinin artırılması üçün lazımi şərait yaradılıb. Hərbi hissənin maddi-texniki bazasının daha da təkmilləşdirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.