SİYASƏT


Xüsusi Təyinatlı Qüvvələrin komandanı veteranlarla görüşüb VİDEO

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar Xüsusi Təyinatlı Qüvvələrdə anım mərasimi və veteranlarla görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, ehsan süfrəsi açılıb.

Anım mərasimində Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev, veteranlar və qazilər iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin büstü və Xüsusi Təyinatlı Qüvvələrin xatirə abidəsi qarşısına gül dəstələri qoyublar.

Bu gün keçirilən anım tədbirləri ilə yanaşı, Xüsusi Təyinatlı Qüvvələr döyüş hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Hazırda da bir çox təlimlər icra edilməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.