CƏMİYYƏT


Xüsusi karantin qaydalarını pozaraq polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən taksi sürücüsü tutulub

Bakı, 7 iyul, AZƏRTAC 

Paytaxtın Nizami rayonunda xüsusi karantin rejimi qaydalarını pozan və polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən taksi sürücüsü saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, 1973-cü il təvəllüdlü Bakir Behbudov barəsində Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsində toplanmış̧ materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci və 211-ci maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.